Məşhur filosof Hakan Mengüç Azərbaycanda – FOTObackend

Məşhur filosof Hakan Mengüç Azərbaycanda – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, filosofun Azərbaycanın paytaxtı Bakı şəhərində seminarı təşkil olunacaq.

Tanınmış filosof Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Bakıya gəlib.

Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) birgə təşkilatçılığı ilə keçirilən seminar 26 may saat 18:00 da Nizami Kino Mərkəzində keçiriləcək.

Seminarın əsas mövzusu “Pozitiv düşüncə və Mövlanə fəlsəfəsi”dir.

Qeyd edək ki, tədbirə giriş dəvətnamə ilə həyata keçiriləcək. Ödənişsizdir.

Qeyd: Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.

İnterpress.az

Məşhur filosof Hakan Mengüç Azərbaycanda - FOTO