Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaqbackend

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında – bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

İnterpress.az