“İrəvan-100” kitabı çapdan çıxıb – FOTObackend

“İrəvan-100” kitabı çapdan çıxıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kitab 28 may Azərbaycan Cümhuriyyətinin 100 ili və 29 may İrəvan şəhərinin böyük dövlətlərin təzyiqi ilə ermənilərə güzəştə gedilməsinin 100 illiyinə həsr edilib.

Kitab Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan və Britaniya arxiv sənədləri əsasında və bu istiqamətdə çap olunan tədqiqatlara əsaslanaraq hazırlanıb. Kitabda nadir fotolar və xəritələr də öz əksini tapıb.

“Erməni psixlogiyası” və “Erməni xəstəliyi” bölmələri ilə kitaba giriş verilib. Müəllif bu mövzulara müraciət etməklə Azərbaycan xalqına düşmən kəsilən ermənilərin psixoloji və tibbi durumunu tədqiq edib. Bu hissənin hazırlanmasında xarici və yerli psixoloq və həkimlərlə müzakirlər edilib.

Kitabda “İrəvanın tarixi”, “Gülüstan müqaviləsi (1813)”, “Türkmənçay müqaviləsi (1828)”, “Batum konfransı və beynəlxalq münasibətlər”, “Cənubi Qafqazda böyük güclərin maraqları” və “İravanın güzəşti” başlığında mövzular öz əksini tapıb.

Kitabda Batum müqaviləsi ilə yanaşı Azərbaycan Cümhuriyyəti ilə Ermənistan arasında sonradan İrəvanın taleyi və hüququ statusu ilə bağlı danışıqlar və sənədlər öz əksini tapıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun elmi işçisi Səbuhi Hüseynovdur.

İnterpress.az

“İrəvan-100” kitabı çapdan çıxıb - FOTO