Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kuboku keçirildi

“Vendetta” komandası gərgin mübarizədən sonra 3-cü dəfə "Nə? Harada? Nə zaman?" üzrə Azərbaycan Kubokuna yiyələndi.

Dərc edilib: 4 iyun 2018 [19:25]
Baxış sayı: 28217

03 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Kubokunun 2018-ci il mövsümünün finalı keçirildi.

Park İnn otelində təşkil olunan finalda seçim turlarından uğurla keçmiş ölkənin 16 ən güclü komandası mübarizə aparırdı. Qeyd etmək yerinə düşər ki, bu il Kubok Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmişdi.

Uzun sürən mübarizədən sonra “Vendetta” komandası artıq ardarda 3-cü dəfə Azərbaycan Kubokunun qalibi oldu. “Revolver” komandası ikinci, “Prestij” komandası isə üçüncü yerə sahib oldu.

Yarış çərçivəsində “Dream Team” komandası gərgin keçən mübarizədə “Avanqard” komandasını qabaqlayaraq “Kiçik kubok”un qalibi oldu. Region təmsilçiləri arasında keçirilən yarışmadan isə Şabran təmsilçisi “Maqnat” komandası “Regionlar Kuboku”nun qalibi kimi ayrılıb.

Sonda qaliblər hədiyyə, diplom və kuboklarla təltif edilib.

"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kuboku keçirildi

"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kuboku keçirildi

"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kuboku keçirildi


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162