Politoloq: “Ermənistan tərəfi sabotajla məşğuldur”backend

Politoloq: “Ermənistan tərəfi sabotajla məşğuldur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələrə hazırdır”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Azərbaycan XİN mətbuat xidmətinin substantiv danışıqlar açıqlamasını şərh edərkən politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq deyir ki, Azərbaycan tərəfi seçki prosesi başa çatdıqdan sonra danışıqların intensivləşəcəyini əvvvəlcədən bəyan etmişdi:

“Ermənistanın yeni hakimiyyəti isə Dağlıq Qarabağ məsələsində özünü daha sərt göstərməyə çalışır. Bu münaqişənin danışıqlar prosesi heç vaxt 3 tərəfli olmayacaq. Ya iki tərəfli, ya da dörd tərəfli danışıqlar aparılacaq. Ermənistanın yeni hakimiyyəti əvvəlkilərin mövqeyini təkrar edir. Ermənistan tərəfi danışıqlar prosesi başlamamış sabotajla məşğuldur. Azərbaycanın gözləntisi odur ki, danışıqlarda konkretlik olsun”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazır olduğunu bildirmişdi.

İnterpress.az