Politoloq: “ABŞ konqresi Türkiyə ilə razılaşmaya mane olur”backend

Politoloq: “ABŞ konqresi Türkiyə ilə razılaşmaya mane olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ dövlət katibi ilə Türkiyənin xarici işlər nazirinin görüşündən müsbət gözləntilər var”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu görüşdə Türkiyə üçün vacib olan iki məsələ həll olunmalıdır:

“Birincisi ABŞ-ın Türkiyəyə satacağı hərbi təyyarılır məsələsidir. Gələn xəbərlərə görə satışla bağlı razılıq əldə olunub. Baxmayaraq ki, Konqres buna mane olmağa çalışırdı. Digər məsələ isə ABŞ-ın Suriyadakı fəaliyyəti ilə bağlıdır. İndi iki ölkənin gəldiyi razılığa görə, Mənbicdən PYD və YPG qüvvələri çıxarılacaq, həmin şəhərə ABŞ və Türkiyə birgə nəzarət edəcək. Əgər bu məsələlər həllini tapsa Mövlud Çavuşoğlunun səfərini uğurlu saymaq olacaq”.

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

İnterpress.az