Politoloq: “Türkiyə komandanlığı ABŞ-la razılıq əldə edib”backend

Politoloq: “Türkiyə komandanlığı ABŞ-la razılıq əldə edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin İraq ərazisində anti-terror əməliyyatları keçirmək məsələsi yeni deyil”. İnterpress.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akarın İraqın şimalındakı anti-terror əməliyyatları ilə bağlı açıqlamasını Sputnik Azərbaycan-a şərh edərkən politoloq Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, anti-terror əməliyyatlarının davam etdiriləcəyi ilə bağlı danışıqlar gedirdi: “Qəndil dağında PKK-nın bazalarının mövcudluğundan Türkiyənin xəbəri var. Ona görə də bir müddət əvvəl həmin bazaları vuracaqları barədə anons vermişdilər.

Türkiyə komandanlığının “Zeytun budağı” əməliyyatından sonra burada əməliyyat aparacağı gözlənilən idi. Bununla bağlı ABŞ-la da razılıq əldə olunub. İraq hökuməti də bu əməliyyatlarla bağlı hər hansı açıqlama verməyib. Bu əməliyyatlar anti-terror əməliyyatlarının davamı kimi qəbul edilməlidir”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar İraqın şimalı terrorçulardan tamamilə təmizlənəcəyini və Türkiyə bayrağının orada dalğalanacağını bildirib.

İnterpress.az