Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Aİ-nin nümayəndəliyi LDU-da tələbələrlə görüş keçirtdi - FOTO


Avropa Komissiyasında NEAR Baş Direktorluğunda Şərq Quruculuğu və İttifaqın Genişlənməsi Ətrafında Danışıqlar üzrə direktor cənab Laurens Mereditin rəhbərlik etdiyi Avropa Komissiyasının missiyası Azərbaycana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.

Dərc edilib: 7 iyun 2018 [10:33]
Baxış sayı: 22450

İnterpress.az xəbər verir ki, nümayəndəliyin rəhbəri, səfir Kestutis Yankauskas, nümayəndəliyin Azərbaycan üzrə bölmə rəhbəri , NEAR-ın Baş Direktoru Yari Haapala, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Yerun Villems və proqram rəhbəri xanım Eva Zukovskanın daxil olduqları nümayəndə heyətini Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.

LDU-da son illər ərzində təhsilin səviyyəsinin yüksəldilməsi, Avropa təhsilinə inteqrasiya, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən söz açan Natiq İbrahimov rəhbərlik etdiyi ali təhsil ocağının AI ilə əməkdaşlıqda maraqlı olduğunu cənab Mereditin nəzərinə çatdırıb.LDU-nun cəmiyyətin və yeniliklərin üzünə açıq olduğunu deyən universitet rəsmisi ehtiyac duyulan yeni ixtisaslar üzrə kadrların hazırlanmasında Avropa təhsil sisteminin yeniliklərindən bəhrələnmək istədiklərini, bu istiqamətdə müəllim-doktorant -tələbə mübadiləsinin müsbət nəticə verəcəyini bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlıq bildirən cənab Laurens Meredit ilk öncə Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illiyi münasibəti ilə universitet əməkdaşlarını təbrik edib. Paytaxt Bakı ilə yanaşı bölgələrdə, xüsusən də milli azlıq və etnik qrupların yaşadığı cənub bölgəsində iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrində birgə əməkdaşlığa maraqlı olduğunu deyən ali qonaq LDU ilə Avropa ali təhsil ocaqları arasında dostluq əlaqələrinin yaradılmasına yardım göstərəcəklərini diqqətə çatdırıb. Çay süfrəsi arxasında keçən söhbətdə hər iki tərəf üçün maraqlı olan məsələlər, təhsilin inkişaf istiqamətləri müzakirə edilib.Natiq İbrahimov cənab Mereditə universitet tələbəsinin əl işi olan rəsm əsərini hədiyyə edib. Ali qonağa həmçinin Xocalı faciəsinin dəhşətlərindən bəhs edən kitab təqdim olunub. Öz növbəsində ali qonaq da Aİ-nin kitab və suvenir hədiyyəsini universitet rəsmisinə təqdim edib.
Aİ-nin nümayəndəliyi LDU-da tələbələrlə görüş keçirtdi - FOTO


Sonra Lənkəran Dövlət Universitetinin geniş akt zalında tələbə və gənc mütəxəssislərlə görüş keçirilib.Açıq diskussiya şəraitində keçirilən görüş zamanı cənab Meredit gənclərə təmsil etdiyi qurum, Ai-nin təhsil layihələri barədə geniş məruzə edib və iştirakçıları maraqlandıran coxsaylı sualları cavablandırıb.
Aİ-nin nümayəndəliyi LDU-da tələbələrlə görüş keçirtdi - FOTO


Görüşün sonunda xatirə şəkilləri çəkilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162