Politoloq: “Ermənilərin aksiya keçirməkdən başqa yolu qalmayıb”backend

Politoloq: “Ermənilərin aksiya keçirməkdən başqa yolu qalmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistandakı hadisələr Dağlıq Qarabağdan başlayıb”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Dağlıq Qarabağdakı narazılıq uzun müddətdir mövcuddur: “Bu mitinqlər zamanı bəlli oldu ki, DQ erməniləri hakimiyyətdə olan Qarabağ klanına qarşı çıxmağa hazırdır. Ona görə də Yerevandakı mitinqlərdə Dağlıq Qarabağ məsələsini nəzərə almadılar. DQ ermənilərinin əsas narazılığı fiziki təhlükəsizlik problemi ilə əlaqədardır. Onlar başa düşürdü ki, Serj Sarqsyan Azərbaycanla danışıqlara gedib DQ ermənilərinin təhlükəsizliyini təmin edə bilməyəcək. Nikola Paşinyan da hakimiyyətə gələndən sonra DQ mövzusunda sərt ritorika nümayiş etdirdi. Ona görə də ermənilərin aksiya keçirməkdən başqa yolu qalmadı. Oradakı ermənilərin içərisində Azərbaycana meylli qüvvələr həmişə olub”.

Son günlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində etiraz aksiyaları keçirilir. Etirazçılar “Qarabağda polis diktaturasını yaradan” baş prokuror Artur Mosiyan, polis rəisi Kamo Ağacanyan və MTX rəisi Arşavir Ğaramyanın vəzifədən kənarlaşdırılmasını tələb edirlər.

İnterpress.az