UNEC tələbəsi təqdim edir: “Danışan şəkillər”backend

UNEC tələbəsi təqdim edir: “Danışan şəkillər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hafiz İsmayılzadə 1994-cü il dekabrın 4-də Bakıda anadan olub. Səbail rayonu 236 saylı orta məktəbdə təhsil alıb. Rabitə və Nəqliyyat kollecini bitirdikdən sonra 2016-cı ildə UNEC-ə qəbul olunub. III kurs tələbəsi H.İsmayılzadə DQƏTM-də marketinq ixtisası üzrə təhsil alır.

H.İsmayılzadənin hələ məktəbdə oxuduğu vaxtlardan foto sənətinə böyük həvəsi var. Gördüyü maraqlı anları yaddaşa köçürmək əsas hobbisidir. O, mövzu olaraq yaşlı nəslin nümayəndələrini canlandırmağa daha çox üstünlük verir. Fotolarda insanların üz cizgilərinə, baxışlarına diqqət yetirərək, onların daxili aləmlərini açmağa çalışır. UNEC-in fotoqraf-tələbəsi hazırda “Danışan şəkillər” adlı kompozisiya üzərində çalışır.

Marketinq ixtisası üzrə təhsil alan H.İsmayılzadə fotoqrafiyanın gələcəkdə ona peşəkar mütəxəssis kimi formalaşmasında kömək olacağını düşünür. Gələcəkdə çəkdiyi fotoşəkilləri reklam sahəsində tətbiq edərək marketinq və fotoqrafiya işini sintez şəkildə qurmağı planlaşdırır.

H.İsmayılzadənin obyektivindən bir neçə kadrı təqdim edirik.

UNEC tələbəsi təqdim edir: “Danışan şəkillər”

UNEC tələbəsi təqdim edir: “Danışan şəkillər”

UNEC tələbəsi təqdim edir: “Danışan şəkillər”

İnterpress.az