Meymunu insan edən gen tapıldıbackend

Meymunu insan edən gen tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniyada yerləşən Santa-Kruz universitetinin alimləri maraqlı araşdırma aparıblar. Onlar meymunu insan edən geni tapa biliblər.

Bu gen NOTCH2NL ailəsinə aiddir və insan beyninin xüsusiyyətlərinə cavab verir. Mütəxəssislər iddia edir ki, bu gen insanın təkamül prosesində böyük rol oynayıb.

Məhz bu genin sayəsində Homo sapiens digər heyvanlardan daha üstün olub. Məhz bu genin sayəsində insan beyni inkişaf edib.

Tədqiqatçılar bu faktı təsdiqləyən bir neçə test də həyata keçiriblər. (sputnik.az)

İnterpress.az