Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Kənd çolpası ilə fisıncan

Dadı möhtəşəmdir...

Dərc edilib: 11 iyun 2018 [16:21]
Baxış sayı: 20035

Tərkib:
1 ədəd kənd çolpası
5-6 ədəd qırmızı baş soğan
1 armudu st. alça turşusu
400 qr qoz ləpəsi
600 qr kərə yağı
1 kq düyü
2 qr zəfəran
Duz, istiot

Qazmaq üçün:
1 st. un
50 qr xama
1 ədəd yumurta
2 x.q. kərə yağı
Duz, sarıkök

Hazırlanması:
Sac qızdırılır. Soğan xırda doğranır. Qoz üyüdülür. Zəfəran dəmlənir.
Çolpa tikələrə bölünür. Soğan 400 qr kərə yağında qızılı rəng alanadək qızardılır. Üzərinə çolpa tikələri əlavə edilib qovrulur. Qoz ləpəsi, duz, istiot səpilib qarışdırılır. Yağa düşənə yaxın alça turşusu əlavə edilir.

Qazmağın hazırlanması:
Yumurta çırpılır. Üzərinə xama, kərə yağı əlavə olunur, duz və sarıkök səpilib çalınır. Qarışığa un qatılıb yumşaq xəmir yoğrulur. Düyü 3-4 saat duzlu suda saxlanıb suyu süzülür. Qaynayan duzlu suda bişirilir.
Süzülüb üzərinə zəfəran dəmləməsi gəzdirilir. Qazan qızdırılır, dibi yağlanır. Xəmir oxlovla yayılıb qazanın dibinə yerləşdirilir. Üzərinə düyü tökülür, əridilmiş kərə yağı (200 qr) gəzdirilib dəmə qoyulur.
Dəmlənmiş düyü buluda çəkilir, üzərinə zövqə görə doğranmış qazmaq düzülür. Fisincan qaba yığılıb plovla birlikdə süfrəyə verilir.

Kənd çolpası ilə fisıncan


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250