Kişilər bunları bilməsə…backend

Kişilər bunları bilməsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparılan araşdırmalar görə, 1973-cü ildən bu yana, inkişaf etmiş ölkələrdə yaşayan kişilərin sperma sayında azalma müşahidə edilir.

İnterpress.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanı stressli yaşam tərzi, qidalardakı kimyəvi qatqılar və ətraf mühit toksinlərinin təsiri ilə izah edirlər. Məlumata görə, sadə ağrıkəsici dərmanlar belə spermaya mənfi təsir edir. Bu da öz növbəsində sonsuzluqla nəticələnir.

Pis vərdişlər də sperma sayına təsir edir. Məsələn, alkoqollu içkilər çox istifadə edildiyi zaman sperma sayı azalır və keyfiyyət düşür.

Mobil telefonlar bədənə yaxın yerlərdə saxlanılan və ya noutbuklar dizin üzərinə qoyularaq istifadə edildiyi zaman elektromaqnit dalğalar spermanın sayına və keyfiyyətinə təsir edir.

Gün ərzində 6 saatdan az yatan kişilərdə də bu problem yaşanır.

Kaliforniya Universitetinin alimlərinin apardığı araşdırmaya görə, hamam və saunalar da kişilərin spermasına təsir edir. Avtomobillərin oturacaqlarında olan qızdırıcılar da bu təsirə malikdir.

Qırmızı ətin çox istehlakı və ofis işləri də kişilərin sperma sayına və keyfiyyətinə mənfi təsir edir.

İnterpress.az