Ətli abqoralı göyərti şorbasıbackend

Ətli abqoralı göyərti şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

200 qr mal ət və ya sümüklü quzu əti
1,5 l su
1 ədəd baş soğan
30 qr noxud
50 qr yumru düyü
50 qr kərə yağı
3 dəstə kəvər
2 dəstə keşniş
1 dəstə şüyüd
1 x.q. abqora
Duz, istiot, sarıkök

Hazırlanması:

Ət xırda doğranıb duzlu suda bişirilir. Soğan və göyərti xırda doğranır.
Noxud axşamdan isladılıb suda bişirilir. Soğan yağda bir qədər qovrulur. Üzərinə bişirilmiş ət əlavə edilir, duz, istiot, sarıkök səpilib qovrulur. Qarışığa su tökülüb qaynamağa qoyulur. Qaynayan suya düyü, noxud, göyərti əlavə olunub zəif odda bişirilir. Düyü tam bişdikdən sonra şorbaya abqora tökülüb odun üzərindən götürülür.

İnterpress.az