Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Südlü pomada burfi – HİND şirniyyatı


Çox şirin, ağappaq, maraqlı hind desertini bir məcməyi hazırlayıb ağız dadınızı dəyişin. Ona müxtəlif yağlar, meyvə, hind ədviyyatları da vururlar. Biz sizə sadə növünü təqdim edirik.

Dərc edilib: 12 iyun 2018 [16:19]
Baxış sayı: 25453

Ərzaqlar:

Kərə yağı – 200 qr.
Şəkər – 200 qr.
Vanilin – 1 paket
35% qaymaq – 225 ml.
Quru süd – 450 qr.
Bəzək üçün qızardılmış fıstıq, fındıq və ya kişmiş

Hazırlanması:

Kərə yağı yumşaldılır, qabda şəkər, vanillə qatılıb, od üzərinə qoyulur. Qarışdırılaraq şəkər yağda tam həll edilir. Bərabər kütlə alınmalıdır. Bura qaymağı da əlavə edib, qaynar hala düşənə kimi daha 5 dəqiqə odda saxlanılır. Sonra oddan götürülür, başqa qaba tökülür və ilıq hala kimi soyudulur.
Soba üçün duzbucaqlı formaya perqament və ya selofan sərilir, üzəri kərə yağı ilə yağlanır.

Soyumuş qaymaqlı kütləyə hissə hissə quru südü qataraq çalınır. O vaxta kimi ki, kütlə ağırlaşır və qarışdırmaq çətinləşir.
Bu kütləni qaba yayırıq. əlimizi suda isladaraq üzərini hamarlayırıq.
Bıçaqla üzərini paxlava kimi xətləyib və ortasına fıstıq, fındıq qoyuruq və formani sobaya yox, soyuducuya qoyuruq. Çünki bu desert bişirilmir. Soyuducuda azı 7 saat qalmalıdır.
Qurumuş Burfini formadan perqamenti qaldiraraq çıxarırıq. Və xətlənmiş hissələrdən kəsirik.
Desert mütləq soyuducuda saxlanmalıdır. Otaq istisində əriyəcək. (süfrəm.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250