Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xəzəryanı ölkələr sazişlər imzalayacaq

Xəzəryanı ölkələrin ekspertlərinin işgüzar görüşü iyunun 18-19-u Astanada keçiriləcək.

Dərc edilib: 12 iyun 2018 [20:28]
Baxış sayı: 17736

İnterpress.az xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.

Nazir bildirib ki, bu görüş avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin sammiti üçün hazırlıq xarakteri daşıyacaq:
“Sammitin gündəliyinə Xəzərdə əməkdaşlıq məsələləri salınıb, nəqliyyat, ticarət-iqtisadi münasibətlər üzrə 5-6 sazişin imzalanması nəzərdə tutulur”.

O, əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın layihəsi Xəzəryanı ölkələrin prezidentlərinə təqdim olunacaq.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116