Cəlilabadda gənc müəllim ağır yol qəzasına düşdü – 2 nəfər xəsarət aldıbackend

Cəlilabadda gənc müəllim ağır yol qəzasına düşdü – 2 nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb. Belə ki, rayonun Babalı kənd sakini 1993-cü il təvəllüdlü Taleh Novruzov idarə etdiyi VAZ 21 06 markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və Cəlilabad şəhər sakini 1957-ci il təvəllüdlü Bəylər Xuduşovun idarə etdiyi VAZ 21 07 markalı minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə Cəlilabad şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Qeyd edək ki, T.Novruzov rayonun Məmmədcanlı kənd tam orta məktəbinin kimya müəllimidir. O, bu gün orta məktəbə gedən zaman qəza hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır.

Səid Qərib
İnterpress.az