Azərbaycanlı mer həbs olundu – Gürcüstanın Baş Prokurorluğundan AÇIQLAMAbackend

Azərbaycanlı mer həbs olundu – Gürcüstanın Baş Prokurorluğundan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş Prokurorluğu Marneulinin meri Temur Abazovla bağlı açıqlama yayıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanın Baş Prokurorluğu azərbaycanlı merin ağır ittihamlarla cəzalandırılacağı barədə məlumat yayıb.

\”Temur Abazova ən ağır cəza kəsiləcək, çünki ona qarşı çox ağır ittiham irəli sürülüb. İnsana qarşı zorakılıq və alçaltma kimi ittihamlar. O, hazırda saxlanılıb və yaxın saatlarda məhkəmə qərarı veriləcək\”, – deyə Gürcüstanın Baş Prokurorluğunun açıqlamasında deyilir.

Məlumat üçün bildirək ki, baş vermiş hadisə ilə bağlı mer Temur Abazovla yanaşı Vahid Milli Hərəkat partiyasından olan millət vəkili Azər Süleymanov və Gürcü Arzüsün Marneuli bələdiyyəsi şurasındakı üzvü Ramin Allahverdiyevlə bağlı da cinayət işi açılıb.

Qeyd edək ki, iyunun 13-də Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb. Onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.

Səid Qərib
İnterpress.az