Dünyanın ən uzun iftar süfrəsi Ginnesin kitabına düşdü – VİDEObackend

Dünyanın ən uzun iftar süfrəsi Ginnesin kitabına düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayında təşkil olunan iftar süfrəsi \”Ginnesin rekordlar kitabı\”na düşüb.

İnterpress.az xəbər verir ki, bir neçə gün bundan öncə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) açılan iftar süfrəsi ən uzun süfrə olduğuna görə \”Ginnesin rekordlar kitabı\”nın siyahısına əlavə olunub.

Belə ki, Dubay şəhərində təşkil olunan iftar süfrəsinin uzunluğu 6 km olub. Dubay şəhər Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə verilən iftar süfrəsində, ümumilikdə, 13 minə yaxın insan iştirak edib. Süfrənin hazırlanmasına 500 ofisiantın cəlb olunduğu bildirilir.

Qeyd edək ki, 6 km-lik iftar süfrəsinin hazırlığı 8 günə başa gəlib.

Səid Qərib
İnterpress.az