“BakuBus”un yaydığı video ilə bağlı araşdırma başladı – “O avtomobillər tapılacaq”backend

“BakuBus”un yaydığı video ilə bağlı araşdırma başladı – “O avtomobillər tapılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi bildirib ki, \”BakuBus\” MMC-nin yaydığı həmin videokadrla bağlı dərhal rəhbərliyə məruzə edilib: \”Sosial şəbəkələrdə sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan bütün foto və videokadrlarla əlaqədar araşdırmalar aparılır və tədbir görülür: \”Həmçinin də bu video ilə bağlı rəhbərliyə müraciət olunub və rəhbərlik məsələnin araşdırılması barədə tapşırıq verib. Hətta, kadrlarda qəza şəraiti yaradan avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanı görsənməsə də, əməkdaşlarımız \”Təhlükəsiz şəhər\” kameraları ilə əraziləri müəyyən edir və həmin ərazidəki çəkilişlərə baxış keçirməklə avtomobili müəyyən edir\”.

V.Əsədov deyib ki, həmin kadrda qəza şəraiti yaradan avtomobillər araşdırılaraq tapılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcək.

İnterpress.az