Zülfüqarov Qarabağ danışqılarının nə yerdə olduğuna aydınlıq gətirdibackend

Zülfüqarov Qarabağ danışqılarının nə yerdə olduğuna aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində əhali və qondarma \”rejim\” arasında gərginlik yaşanır. Vəziyyət o yerə çatıb ki, qondarma rəhbərliyin \”güc strukturları\”nın \”istefa verməsi\” ilə nəticələnib. İş o yerə çatıb ki, yerli əhalinin ayağa qalxmasından qorxan \”DQR\” \”prezidenti\”, işğalçı rejiminin başçısı Bako Saakyan 2020-ci ildə keçiriləcək \”prezident seçkilərində\” öz namizədliyini irəli sürməyəcəyini bəyan edib.

İnterpress.az xəbər verir ki, Sputnik Azərbaycan məsələ ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib.

Zülfüqarov qeyd edib ki, Ermənistanda başlayan, rusiyapərəst insanlardan təmizləmə prosesi artıq özünü işğal altında olan ərazilərdə də göstərməyə başlayıb: \”Həm Ermənistan, həm də Qarabağda gedən proseslər birmənalı olaraq göstərir ki, hər iki yerdə siyasi sistem eynidir. Qarabağda kimə qarşı şüarların səsləndirildiyinə diqqət yetirək. Götürək Bako Saakyanı. O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Rusiyadakı bölməsinin rəhbəri idi. Bəzi mənbələrə görə o, Rusiyaya tam şəkildə tabe olan insandır və Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunur\”.

Sabiq nazir bundan öncə baş verən bir hadisəni də — Ermənistan Baş Qərargah rəisinin vəzifəsindən azad olunmasını xatırladıb. Bildirib ki, yəni Paşinyan Ermənistan və Qarabağı rusiyapərəst insanlardan tam şəkildə təmizləmək niyyətindir.

Zülfüqarovun fikrincə, Paşinyan bununla da Rusiyanın birbaşa onunla əlaqələr qurmasını və danışıqlar aparmasını istəyir: \”Bu, bir siyasətdir və bu siyasəti həyata keçirmək üçün siyasi proseslərin məntiqi davamıdır. Çünki Paşinyanın əsas məqsədlərindən biri ondan ibarətdir ki, siyasi səhnəni orta səviyyəli, ona tabe olmayan, Qarabağ klanına aid insanlardan, eyni zamanda Rusiya ilə birbaşa təmasda olanlardan təmizləsin. Hazırda Ermənistanda bu proses baş verir. Lakin əsas məsələ Kremlin bu məsələyə necə reaksiya verməsindən asılı olacaq. Çünki bu proses birbaşa Moskvanın nüfuz alətlərinin azaldılması anlamına gəlir\”.

Azərbaycan XİN-in sabiq rəhbəri Ermənistanın yeni hökumətinin Qarabağ üzrə sülh danışıqlarında iştirakına dair səsləndirdiyi bəyanatlara da reaksiya verib. Deyib ki, Laçının işğalından sonra Ermənistan birmənalı olaraq siyasi, iqtisadi, müdafiə və təhlükəsizlik baxımından Azərbaycanın işğal olunan ərazilərini özünə anneksiya edib.

\”Bu, bir həqiqətdir və bunu hamı başa düşür. Onlar orada qondarma bir rejim yaradıblar və istəyirlər ki, bu qurumun vasitəsilə danışıqlar prosesinə hər hansı bir şəkildə zərər gətirsinlər. Artıq 20 ilə yaxındır ki, danışıqlar birbaşa Azərbaycan və Ermənistan dövlət başçıları arasında gedir və bu danışıqlar da heç bir nəticə vermir. İndi isə Ermənistan tərəfindən yaradılan bu qondarma qurumu danışıqlar prosesinə daxil etmək istəyirlər\”, — sabiq nazir əlavə edib.

T.Zülfüqarovun qənaətincə, bu cür siyasi oyunlarda iştirak Azərbaycanın marağına uyğun deyil: \”Çünki işğal olunan ərazilərdə Ermənistan ordusunun hərbçiləri, təhlükəsizlik sistemi var, siyasi, maliyyə, vergi və s. sistemlər Ermənistanla eynidir. Ermənistanın son iki prezidenti Azərbaycanın işğal altında olan ərazilərində doğulan insanlardır. İndi isə Paşinyan guya özündən yeni bir şey icad edir və istəyir ki, danışıqlarda qondarma rejim də iştirak etsin\”.

\”Münaqişənin həlli ilə bağlı 20 ildən artıq müddətdə Ermənistanda aparılan danışıqlarda nəticə əldə etməmişik. Bunun da əsas səbəbi Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməsidir\”, — keçmiş XİN rəsmisi deyib.

İnterpress.az