“Dımləmə Behi” – heyvalı özbək yeməyibackend

“Dımləmə Behi” – heyvalı özbək yeməyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzaqlar:

Quyruq – 70 qr.
Qoyun əti sümüklü və yaxşı tikəli – 300 qr.
Baş soğan – 2 ədəd
Kök – 2 ədəd
Pomidor – 2 ədəd
Kartof – 5 ədəd
Qırmızı bibər -1 ədəd
Sarımsaq – 2 baş
Heyva – 1 ədəd
Duz, istiot
Zirə

Hazırlanması:

Qazan və ya dərin tava isidilir, quyruq orda əridilib, dağ edilir. Qoyun əti tikələri yağa salınıb, qarışdırılaraq bişirilir ki, yapışmasın. Bura duz, istiot və zirə səpilir.
Qapaq örtülür, zəif odda 10-12 dəqiqə bişirilir. Sonra qapağı açıb, əti qarışdırır və bura iri halqavari doğranmış soğanı əlavə edib, qarışdırırıq. Sonra nazik, yumru doğranmış kökü qatırıq. Elə ki, kök azca yumşaldı, soğan qızardı, pomidorları 4 yerə bölüb, qatırsız.
Bu yemək əsasən qapağı bağlı, öz buxarında bişməlidir. Pomidorlar da azca pörtləyən kimi qazana 100 ml. su əlavə edirsiz. Su bir az qaynayan kimi soyulmuş kartofları iki yerə bölüb, elə iri-iri qazana düzürsüz. Bütöv heyvanı yuyub qoyursuz. Və sarımsaq başlarının üst qabığını soyub, yuyub, elə bütöv şəkildə qazana yerləşdirirsiz. Sonra qırmızı bibəri də elə bütov qazana atırsız. Bunlara duz səpib, qazanın qapağı bağlanır və vam odda 1 saat yarım bişirilir. Elə ki, kartof tam bişdi, deməli, Dımləmə hazırdır.
Yeməyi ümumi iri boşqaba çəkib, heyva və sarımsaqları üstə qoyuruq. Üzərinə bir çömçə suyundan gəzdiririk. Təzə göyərti səpirik.
Yeməyi yeyəndən sonra uzun müddət dadını unuda bilməyəcəksiz. Nuş olsun! (süfrəm.az)

İnterpress.az