Əli Əhmədov Sarkisyanın Qarabağa səfərini şərh etdibackend

Əli Əhmədov Sarkisyanın Qarabağa səfərini şərh etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunu, eyni zamanda, Azərbaycan torpaqlarının geri qaytarılması üçün səy göstərən, bəyanatlar verən bütün dövlətləri narahat etməlidir:

“Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq”.

Baş nazirin müavini qeyd edib ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfərinin təxribat məqsədi daşıdığını və vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini bildirib.

İnterpress.az