“Mübarizlər” yarışı başa çatıb, qaliblər müəyyən olubbackend

“Mübarizlər” yarışı başa çatıb, qaliblər müəyyən olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimində qaliblər elan olunub.

Nəticələrə əsasən, kişilərin fərdi yarışında ilk yeri Sergey Silin, ikinci yeri İvan Degtaryov, üçüncü yeri isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Cəlal Süleymanov tutub.

Qadınların fərdi yarışında birinci yerin sahibi Anna İvanova olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Anastasiya Mixina və Natalya Molodsova qərarlaşıblar.

Komandaların yarışında birinci yeri “TT Fayt” komandası, ikinci yeri Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” komandası, üçüncü yeri “Tağım 4” komandası tutub.

Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanıblar.

Qaliblərə diplom və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, bu gün Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin (MOK) və “Gilan Holding”in təşkilati dəstəyi ilə ikinci dəfə maneəli ekstremal “Mübarizlər” yarışına start verilib. (apa)

İnterpress.az