“Cənub Qaz Dəhlizi Azərbaycanın mövqeyini gücləndirib”backend

“Cənub Qaz Dəhlizi Azərbaycanın mövqeyini gücləndirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan həyata keçirdiyi böyük enerji layihələri ilə beynəlxalq aləmdə özünü tanıda bilib. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov bildirib.
“Azərbaycan Cənubi Qafqaz regionun geo-siyasi və iqtisadi konturlarının müəyyən edilməsinə təsir edə bilir. Bu layihələr Azərbaycanın böyük dövlətlərlə sıx əməkdaşlıqlarının qurulmasına şərait yaradıb. Layihələr ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiyasını təmin edib. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın mövqeyini gücləndirib. Bu layihələr Azərbaycanı geo-iqtisadi məkanda söz sahibinə çevirib. Azərbaycan belə layihələrdə iştirak etməklə beynəlxalq arenada həm siyasi, həm iqtisadi nüfuzunu yüksəldir”,- deyə ekspert bildirib.

Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

İnterpress.az