Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İtalyansayağı səhər yeməyi: FRİTTATA

Səhər yeməyi üçün ideal... tutumlu.... ləzzətli.... italyan omleti FRİTTATA!

Dərc edilib: 18 iyun 2018 [11:13]
Baxış sayı: 16626

Ərzaqlar:

Yumurta – 8 ədəd
Süd – ¼ st.
Çerri pomidor – 3-4 ədəd
Bekon – 3 dilim
Kiçik baş soğan – 1 ədəd
Gül kələmi – 150 qr.
Holland pendiri – 150 qr.
Duz – istiot - zövqə görə

Hazırlanması:

Böyük bir qabda 8 yumurtanı yaxşıca qarışdırırıq. Üzərinə ¼ st. süd əlavə edirik, duz-istiot səpib, qarışdırırıq.
Orta odda tavada 3 ədəd bekon dilimini qızardırıq. Üzərinə doğranmış bir kiçik baş soğan, iki yerə bölünmüş çerri pomidorları, doğranmış gül kələmi əlavə edirik. 30 saniyə qovurduqdan sonra tavadakıları yumurta qarışığının üzərinə tökürük, qarışdırırıq. Sonra bu qarışığı yapışmayan tavaya tökürük, üzərini sürtgəcdən keçirilmiş hollan pendiri səpirik. Əvvəlcə 30 saniyə qaz plitəsində orta odda saxladıqdan sonra, omleti sobaya qoyub, 10 dəqiqə 180 dərəcədə bişiririk. (süfrəm.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 249