Tofiq Zülfüqarov: “Paşinyan danışıqlar prosesini uzatmaq istəyir”backend

Tofiq Zülfüqarov: “Paşinyan danışıqlar prosesini uzatmaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan guya özündən yeni bir şey icad edir və istəyir ki, danışıqlarda qondarma rejimin iştirakını təmin etməklə prosesi daha da uzatsın”. İnterpress.az xəbər verir ki, bunu Ermənistanın yeni hökumətinin Qarabağ üzrə sülh danışıqları ilə bağlı bəynatlarına münasibət bildirirərkən Azərbaycan XİN-in sabiq rəhbəri Tofiq Zülfüqarov deyib.
“Biz Ermənistanla danışıqlar aparanda heç bir nəticə əldə etməmişik. Bunun səbəbi odur ki, Ermənistan hansısa nəticənin əldə edilməsində maraqlı deyil. İndi isə onlar tərəfindən yaradılmış süni qurumla danışıqlar aparmaqda bizim heç bir marağımız yoxdur. Dağlıq Qarabağın nümayəndəsi Azərbaycan xalqıdır. Biz bu cür bəyanatları ciddi qəbul etmirik” — deyə o bildirib. (sputnik.az)

İnterpress.az