Ölümlə bağlı amerikalı alimdən şok açıqlama: “Ürək dayanandan bir neçə saat sonra…”backend

Ölümlə bağlı amerikalı alimdən şok açıqlama: “Ürək dayanandan bir neçə saat sonra…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri amerikalı professor Sam Parnia deyib.

Alim bildirib ki, bu zaman beyin hüceyrələrində ölümlə nəticələnəcək bir sıra dəyişiklik başlayır. Amma beyninin tam ölməsi ürək dayanandan bir neçə saat sonra baş verir.

“Ölümdən sonra həyat varmı” sualı Kanadada yaşanan bir hadisədən sonra gündəmə gəlib. Həkimlər insanların beyinlərinin klinik ölümdən sonra işləməsi ilə bağlı araşdırmalar aparıb.

Kanadada təfərrüatı açıqlanmayan hadisədə xəstənin ölümündən sonra beyinində 10 dəqiqə ərzində aktivlik müşahidə edilib.

Bununla da insanlar beynin kliniki ölümdən sonra işləməsi ilə bağlı sübutlar axtarıb. S.Parniaya görə insan öləndən sonra da beyin işləyir, insanlar öldüklərinin fərqində olurlar.

Alimlər ürəyi dayanandan sonra yenidən dirilən 330 xəstədən 140-nın üzərində araşdırma aparıb. Nəticəyə görə onlardan 39-nun beyni ürəyi dayanandan bir müddət sonra da işləyib.

Ürəyin yenidən işləməsi üçün müdaxilə edilərkən həmin şəxslər bir müddət ətraflarında olanları görür, duyur və tibb işçilərinin özü haqqında “öldü” dediyini belə eşidir.

İnterpress.az