Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldıbackend

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, X.Kolumbun İspaniya kralı və kraliçasına yazığı məktub ABŞ-da tapılaraq İspaniya dövlətinə təslim edilib.

Məşhur səyyahın Amerikaya gəlməsindən sonra İspaniya kralı və kraliçasına yazdığı məktubun orijinal nüsxəsi 7 ildir ki, ABŞ rəsmiləri tərəfindən axtarılırdı.

Səyyah X.Kolumb 1493-cü ildə yazdığı məktubda İspaniya kralı Ferdinand və kraliça İzabellaya yeni dünyadakı kəşflərindən danışıb. X.Kolumb \”Catalonia Plannck II Columbus\” adlı məktubda Amerikada qarşısına çıxan insanlardan, qitənin coğrafi quruluşundan və zənginliyindən də bəhs edib.

Səyyahın səfər xərcləri İspaniya krallığı tərəfindən ödənilmişdi. X.Kolumbun kral ailəsinə göndərdiyi məktub daha sonra Romaya göndərilmiş orada latın dilinə çevrilmişdi. Ardından məktub çoxaldılaraq bütün Avropa ölkələrinə göndərilərək, kəşf haqqında məlumat verilmişdi.

2011-ci ildə məktubun Barcelonanın Kataloniya kitabxanasında saxlanılan bir orijinal sürətinin saxta olduğu aşkarlandı. Orijinal məktub 2005-ci ildə iki italyan kitabçı tərəfindən 600 min avroya satıldı və son olaraq 900 min avroya başqa bir alıcıya satılıb.

ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Təşkilatı 7 il məktubun tədqiqatını aparıb. ABŞ prokuroru David Weiss \”Tarixi olaraq çox önəmli olan bu məktubu haqlı sahibi İspaniyaya təhvil verə bildiyimiz üçün çox sevincli və qürurluyam\” deyə fikirlərini bildirib.

Məktubu İspaniyanın Vaşinqtondakı səfiri Pedro Morenes, ABŞ-da təşkil olunan bir tədbridə təhvil alıb. Səfir bu addımın ABŞ ilə İspaniya arasındakı əlaqələrin bir-birinə sadiqlik nümunəsi və rəmzi kimi qiymətləndirib.

ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Təşkilatı 2007-ci ildən bu yana 30-dan çox ölkəyə 11 mindən artıq tarixi əsərlərin təhvil verildiyini açıqlayıb. Bu əsərlər arasında 1800 illik Peru çanağı, Koreyaya aid krallıq möhürləri, İraqdan oğurlanan tarixi əşyalar da var.

İnterpress.az