Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ekspert: “Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac var”

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan- a deyir ki, körfəz ölkələrindən olan biznes strukturlar son 15-20 ildə dünyada aqressiv şəkildə investisiyalar qoyurlar.

Dərc edilib: 19 iyun 2018 [11:03]
Baxış sayı: 10811

“Ərəb investorları Azərbaycanda turizm və kənd təsərrüfatı sahəsinə maraq göstərirlər”. Bunu Sputnik Azərbaycan-a ərəb investisiyalarının Azərbaycandakı perspektivlərini şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, yeni investisiyalar yeni iş yerləri, büdcəyə əlavə daxilolmalar deməkdir: “İstənilən ölkə daha çox investisiya cəlb etməyə çalışır. Körfəz ölkələrindən olan biznes strukturlar son 15-20 ildə dünyada aqressiv şəkildə investisiyalar qoyurlar. Azərbaycan da çalışır ki, bura həmin yatırımların bir qismi cəlb olunsun. Ərəb investorları Azərbaycanda turizm və kənd təsərrüfatı sahəsinə maraq göstərirlər. Amma külli miqdarda ərəb kapitalının yaxın zamanda Azərbaycana gələcəyi şübhə doğrur. Çünki xarici kapitalın Azərbaycanda fəaliyyətinin oyun qaydaları ilə bağlı oturuşmuş bir fikir yoxdur. Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün iki şərtə ehtiyac var. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunması vacibdir”.

Qeyd edək ki, azad ticarət zonasının yaradılması çərçivəsində konsaltinq xidmətlərini dünyanın ən iri liman operatorlarından olan “Dubai Port World” və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası həyata keçirir.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165