Whatsapp-dan növbəti YENİLİKbackend

Whatsapp-dan növbəti YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Whatsappın tətbiq etdiyi yenilik nəticəsində istifadəçilər 4 nəfərlə eyni vaxtda danışa biləcək.

Əvvəl bəzi istifadəçilər yararlana bildiyi bu imkandan yaxın zamanda hər kəs istifadə edəcək. Fərqli ölkə və qitələrdən Whatsapp istifadəçilərin yeni özəllikdən istifadə edə bildiklərini artıq Tvitterdə paylaşıb.

iOS, Android və Windows kimi telefon istifadəçiləri Whatsappın yeni imkanından yararlanmaq üçün əvvəlcə proqramı yeniləməlidir. Bir nəfərlə görüntülü danışarkən sağ tərəfdə küncdəki “Əlavə et” düyməsinə toxunmaqla istədikləri istifadəçini seçib qrup söhbətə əlavə edə bilərlər.

Hələ ki, qrup söhbətində ancaq 4 nəfərlə danışmaq mümkündür. Çağırdığınız büyün istifadəçilər təklifi qəbul edəndən sonra ekran 4 yerə bölünəcək və hər bir istifadəçini ayrı-ayrılıqda görə biləcəksiniz.(Publika.az)

İnterpress.az