Şirvanda 22 yaşlı gənc itkin düşübbackend

Şirvanda 22 yaşlı gənc itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”un Aran bürosuna verilən məlumata görə, Sabirabad rayonu Dadaşbəyli kənd sakini Xancan Osmanov iyunun 4-də kənddə yaşadığı evdən çıxaraq Şirvan şəhərinə gedib və bir daha geri qayıtmayıb.

Onun boyu 180 sm, gözlərinin rəngi qəhvəyidir.

X.Osmanovu görənlərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İnterpress.az