Şahbaz Xuduoğlunun yubileyidir – FOTObackend

Şahbaz Xuduoğlunun yubileyidir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, 1968-ci ilin bu günündə anadan olub.

Bülbül adına orta ixtisas musiqi məktəbini, sonra isə İncəsənət Universitetini bitirib. Bir müddət Yuğ teatrında çalışıb. Sonra tamam başqa ixtisasa yiyələnib. Əvvəlcə Təfəkkür, sonra isə Bakı Dövlət Universitetlərinin Hüquq fakültəsini bitirib.

1992-ci ildə \”Qanun\” jurnalını yaradıb. Jurnalın redaksiyasının tərkibində bir şöbə kimi yaratdığı \”Qanun\” Nəşrlər Evi 1996-cı ildə Azərbaycanın ilk müstəqil nəşriyyat kimi özünü elan edib. Hazırda nəşriyyat ölkənin ən böyük yayın evi kimi fəaliyyətini davam etdirir. \”Qanun” 6000 addan artıq kitab nəşr edib.

Bundan başqa, Şahbaz Xuduoğlu Azərbaycan ədəbiyyatının inkişafında, yeni yazarların tanıdılması, onların əsərlərinin çapı sahəsində müstəsna xidmətləri olan şəxs kimi tanınır. Bu fəaliyyətinə görə o, 23 noyabr 2015-ci ildə \”Rafiq Tağı mükafatı\”na layiq görülüb.

Dövrü mətbuatda tez-tez müəllif yazıları ilə çıxış edən naşir, özü də tərcümə ilə məşğul olur.

\”İnterpress Media Group\” adından dəyərli Şahbaz müəllimi təbrik edirik.

Şahbaz Xuduoğlunun yubileyidir - FOTO

Şahbaz Xuduoğlunun yubileyidir - FOTO

Şahbaz Xuduoğlunun yubileyidir - FOTO

İnterpress.az