Qaragöz lobya salatıbackend

Qaragöz lobya salatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzaqlar:

Brınza pendiri – 200 qr.
Lobya – 100 qr.
Keşniş – yarım dəstə
Sarımsaq – 3 diş
Limon – 1 ədəd
Paprika (şirin bibər tozu) – 1 ç.q
Zeytun yağı – 2 ç.q
Duz, istiot

Hazırlanması:

Lobya bir neçə saat islağa qoyulur, süzülür, təmiz suya duz səpilib, lobya bişirilir. Yumşaq olan kimi (əzilməsin) süzülür, soyudulur.
Brınza pendiri çəngəllə əzilir. Göyərti və sarımsaq xırda doğranılır. Salat qabında lobya, göyərti, sarımsaq, pendir qarışdırılır, üzərinə yarım limonun suyu sıxılır, zeytun yağı gəzdirilir. Süfəryə verəndə üzərinə şirin paprika səpilir.

İnterpress.az