Həmsədrlərin dəyişdirilməsi yaxşı oldubackend

Həmsədrlərin dəyişdirilməsi yaxşı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla bağlı fikirlərini azərbaycanlı politoloq Elxan Şahinoğlu “Facebook” hesabında paylaşıb.

“Oreşkinə qədər bu vəzifədə baş nazirin keçmiş müavini Dmitri Roqozin çalışırdı. Ancaq Roqozin artıq başqa vəzifədədir, o “Roskosmosun” rəhbəri təyib edilib”, – o bildirib.

Politoloqun sözlərinə görə, Moskvadakı təyinatdan üç gün sonra prezident İlham Əliyev də Azərbaycan tərəfdən hökumətlərarası komissiyasının həmsədrini dəyişdi:

“Rusiyada yeni həmsədr inkişaf naziri olduğundan Azərbaycanın da yeni həmsədri iqtisadiyyat naziri təyin olundu. Buna qədər Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri baş nazirin birinci müavini Yaqub Əyyubov idi”.

E.Şahinoğlu Roqozinin bu illərdə Azərbaycanla sıx əlaqələr qurduğunu qeyd edib və bildirib ki, onun Oreşkinlə əvəzlənməsi də pis deyil:

“Azərbaycan məhz Roqozinlə əməkdaşlıq sayəsində Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika aldı. Ancaq Roqozinin Oreşkinlə əvəzlənməsi də pis deyil. Onsuz da Rusiyadan hansı silah və hərbi texnikanı almaq mümkün idisə alındı, indi əməkdaşlığı iqtisadi müstəviyə keçirmək lazımdır.

Biz tərəfdən, Yaqub Əyyubovun dəyişdirilməsi də yaxşı oldu. Bir nazir uzun müddət hansı ölkə ilə əməkdaşlıq komissiyasına başçılıq edirsə, tədricən pis alışqanlıq yaranır – həmin dövlətin də maraqları ilə hesablaşmağa və nəzərə almağa başlayır”.

İnterpress.az