Ömrü uzatmağın və əlillikdən qorunmağın üsulu açıqlandıbackend

Ömrü uzatmağın və əlillikdən qorunmağın üsulu açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmaçılar hesab edir ki, bu proqram ahıl insanların həyat səviyyəsini yaxşılaşdırmaqda və ömrünü uzatmaqda kömək olacaq.

İnterpress.az xəbər verir ki, bununla bağlı məqalə “BMC Geriatrics” jurnalında yayımlanıb.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, 2050-ci ildə Yer kürəsində ahıl insanların sayı 22 faiz təşkil edəcək.

Ancaq koqnitiv qabiliyyətin pisləşməsi və yaşla əlaqədar əzələ degenerasiyasına görə bu insanlar arasında əlillik riski yüksək olacaq. Bununla yanaşı, aparılan araşdırmaların nəticələri onu göstərir ki, fiziki aktivlik həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərə bilər.

Yeni proqram gücün inkişafını, dözümlülüyü və hisslərin tarazlığını nəzərədə tutan fiziki yüklənmələri getdikcə artırmağı və bunun insan orqanizminə adaptasiya olunmasını təbliğ edir.

Yeni proqramla bağlı alimlər yaşı 70-dən çox olan 112 könüllü üzərində araşdırmalar aparıb. Onlar iki qrupa bölünüb.

Birinci qrup gün ərzində hər biri 45 dəqiqə olmaqla, iki dəfə fiziki hərəkətlər edib. Digər qrup isə gün ərzində normal həyat tərzini saxlayıb.

Araşdırmaların nəticəsində birinci qrupda güc, yeriş sürəti və tarazlıq hissi kimi göstəricilərin artdığı məlum olub. (oxu.az)

İnterpress.az