Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Bir uşaq - bir dünya” – “Gənc Vətəndaş” təlim keçdi


"Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Bir Uşaq - Bir Dünya” adlı layihənin icrasına başlayıb.

Dərc edilib: 29 iyun 2018 [16:20]
Baxış sayı: 39845

Layihənin əsas məqsədi cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, müdafiə mexanizmləri haqqında uşaqlarla birbaşa çalışan insanların və xüsusi ilə valideynlərin məlumatlılıq səviyyəsinin artırılmasıdır. Layihə çərçivəsində ilk tədbir Bakı şəhərində keçirilib. Xətai rayonunda uşaqlar, qəyyumlar və məsləhətçilər üçün keçirilən maarifləndirici təlimi hüquqşünas Nuriyyə Abbasova aparıb.

Interaktiv formada keçirilən təlim zamanı uşaq hüquqlari, onların müdafiəsi və uşaqların vəzifələri iştirakçılara izah edilib. Uşaqların öz hüquqlarının müdafiəsi, əmlak məsələləri, hüquqi faktlarının müəyyən olunması və eyni zamanda sosial müavinət problemlərinin həll edilməsi mövzusunda suallarcavablandırılıb.

“Bir uşaq - bir dünya” – “Gənc Vətəndaş” təlim keçdi


Təlimin sonunda uşaqlara dərs materiallarının elektron formada saxlanılması və istifadəsi üçün"Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi tərəfindən flaş kart hədiyyə edilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 189