Politoloq: “Ərdoğanın xarici siyasətində heç nə dəyişməyəcək”backend

Politoloq: “Ərdoğanın xarici siyasətində heç nə dəyişməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyip Ərdoğanın xarici siyasətində heç nə dəyişməyəcək”. Bunu Sputnik Azərbaycan-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ərdoğanın yeni prezidentlik dönəmində Türkiyə-ABŞ münasibətlərinin perspektivləri haqqında danışarkən deyib.
Politoloq bildirib ki, Ərdoğan ABŞ-la münasibətlərin normallaşmasını istəyər, ancaq bu, tək onun əlində deyil:

“ABŞ-da müəyyən mərkəzlər tərəfindən Türkiyəyə ciddi təzyiqlər var. Məsələn, Donald Trampla münasibətlər normal olsa da, konqres özünü Türkiyə əleyhdarı kimi göstərir. Ərdoğan və Tramp münasibətlərin normallaşmağını istəyə bilər, ancaq müəyyən mərkəzlər hələ də Türkiyənin əleyhinə çıxırlar”.

İnterpress.az