Dünya Bankı: Azərbaycanda ÜDM artıbbackend

Dünya Bankı: Azərbaycanda ÜDM artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hesabatda qlobal ÜDM-in 1960-2017-ci illər üzrə artım tempi əksini tapıb.

Hesabata əsasən, 1960-cı ildə qlobal ÜDM 11.202 trilyon dollar təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 80.078 trilyon dollar olub.

Azərbaycana gəlincə, DB müstəqillikdən sonra ölkə iqtisadiyyatının artım tempini hesablayıb.

Hesabatda qeyd olunub ki, 1990-cı ildə Azərbaycanda ÜDM 8,858 milyard dollar təşkil edib.

2017-ci ildə isə bu rəqəm 40,748 milyard dollara çatıb ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə (37,868 mlrd. dollar – red.) 2,880 mlrd. dollar çoxdur.

Hesabata görə, 2017-ci ildə Gürcüstanda ÜDM 15.159 milyard dollar, Ermənistanda 11.536 milyard dollar olub.

İnterpress.az