Qarabağ Beynəlxalq Forumu öz işinə başladı – FOTObackend

Qarabağ Beynəlxalq Forumu öz işinə başladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Forumda Avropanın 20 ölkəsindən Azərbaycanlı tələbələr də daxil olmaqla 150 nəfər iştirak edir.
Tədbirin açılış mərasimi “Beynəlxalq Muğam Mərkəzi”də keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov açılış nitqləri ilə çıxış edərək çıxış edərək əsas məqsədin Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildiriblər. Daha sonra xarici qonaqlara “Qarabağ Qafqazın Mədəniyyət Mərkəzidir” adlı muğam proqramı təqdim edilib.

Forum öz işinə cari ilin 3 – 8 iyul tarixlərində Bərdə rayon icra hakimiyyətinin dəstəyi ilə Bərdə şəhərində davam edəcək. Tədbir çərçivəsində konstitusiya, sülh, təhlükəsizlik və müdafiə məsələləri, ətraf mühit, ictimai sağlamlıq və qida təhlükəsizliyi, məşğulluq və digər mövzular üzrə 5 gün ərzində komitələr çərçivəsində müzakirə edilərək yekun təkliflər paketi Forumun son günü Baş Assambleyada ümumi müzakirəyə çıxarılacaq. Debatlar və səsvermədən uğurla keçəcək qətnamələr qəbul olunaraq Avropa Gənclər Parlamentinin Berlin şəhərində yerləşən Beynəlxalq ofisinə təqdim olunacaq. Bununla yanaşı gün ərzində xarici qonaqların Qarabağın qədim tarixini əks etdirən mədəniyyət mərkəzlərinə səfərləri təşkil ediləcək.

Qarabağ Beynəlxalq Forumu öz işinə başladı – FOTO

Qeyd edək ki, “Avropa Gənclər Parlamenti” Avropanın 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.

Qarabağ Beynəlxalq Forumu öz işinə başladı – FOTO

İnterpress.az