Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bolton Kim Çen Inı Qəzzafi kimi parçalamaq istəyirdi

ABŞ Prezidenti Donald Tramp, milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Şimali Koreya ilə Liviya modeli üzrə işləmək fikrinin səhv olduğunu söyləyib.

Dərc edilib: 12 sentyabr 2019 [12:01]
Baxış sayı: 1515

İnterpress.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

"Con mənim yaxşı münasibətlərim olan bir insandı. Ancaq bəzi səhvlərə yol verdi. Onun Kim Çen In üçün" Liviya modeli" haqqında danışması səhv idi. Liviya lideri Müəmmar Qəzzafi ilə nə baş verdiyinə baxın. Belə bir açıqlama vermək lazım deyildi. Bu bizi yalnız geri atdı. Bolton çox sərt oğlan idi",-deyə Tramp jurnalistlərə bildirib.

Prezident qeyd edib ki, Kim Çen Inı Boltonla münasibət qurmaq istəmədiyi üçün günahlandırmır. Tramp əlavə edib ki, Şimali Koreya ilə danışıqların getdiyi bir vaxtda Liviya yanaşmasını təklif etmək heç də ağıllı hərəkət deyildi.

Bolton Kim Çen Inı Qəzzafi kimi parçalamaq istəyirdi


O, Boltonun istefası barədə qərarın necə verildiyini də izah edib.

"İstefa verməmişdən bir gün əvvəl gecə yanıma gəldi ... mənimlə üzbəüz oturdu və mən dedim: "Con, əgər bu qədər insanla razılıq əldə edə bilmirsinizsə və bir çoxumuz, mən də daxil olmaqla, sizin taktikanızla razı deyiliksə, istərdim istefa verəsiniz”. Və o bunu etdi. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq",-deyə Tramp vurğulayıb.

Con Bolton 2018-ci ilin mart ayında milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin edilməzdən əvvəl verdiyi bir müsahibədə qeyd etmişdi ki, Şimali Koreya ilə danışıqların yeganə variantı Liviya modelindən istifadə etməkdir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179