Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



MDB-də tərəfdaşlığı artırmağa dair tədbirlər planı razılaşdırılıb

MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclasında beynəlxalq məsələlərdə tərəfdaşlığı artırmaqla bağlı tədbirlər planı, habelə MDB-nin sabahkı zirvə görüşünə təqdim ediləcək sənədlər razılaşdırılıb.

Dərc edilib: 10 oktyabr 2019 [15:33]
Baxış sayı: 764

MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclasında beynəlxalq məsələlərdə tərəfdaşlığı artırmaqla bağlı tədbirlər planı, habelə MDB-nin sabahkı zirvə görüşünə təqdim ediləcək sənədlər razılaşdırılıb.

İnterpress.az Türkmənistanın Dövlət Xəbərlər Agentliyinə istinadən xəbər verir ki, iclasda MDB ölkələrinin xarici siyasət idarələri arasında tərəfdaşlığın artırılmasına dair tədbirlər proqramının qəbul ediləcəyi razılaşdırılıb. Bu sənəd beynəlxalq siyasətin başlıca istiqamətlərində razılaşdırılmış addımlar atmaq üçün “maksimum əlverişli şərait” yaratmalıdır.

MDB ölkələrinin xarici işlər nazirləri 2020-ci ilin dekabrın 12-də sülh, təhlükəsizlik, dayanıqlı inkişaf məsələlərinə dair Türkmənistanda keçiriləcək beynəlxalq konfransa, həmçinin Türkmənistanın bitərəflik elanının 25-ci ildönümünə həsr olunacaq təntənəli tədbirlərə dəvət olunublar.

Xatırladaq ki, tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193