Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib

Macarıstanın Baş Naziri Viktor Orban Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Dərc edilib: 14 oktyabr 2019 [17:29]
Baxış sayı: 1461

İnterpress.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş Nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın Baş Naziri Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201