Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Sədərək” ticarət mərkəzində vətəndaşın içərisində 47 min pul olan torbasını alıb qaçıblar

Bakıda soyğunçuluq olub.

Dərc edilib: 22 may 2019 [16:28]
Baxış sayı: 3279

İnterPress.Az-ın məlumatına görə, hadisə “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Masallı rayon sakini, 1957-ci il təvəllüdlü İsrafilov Nadir İsrafil oğlu mayın 20-də Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, həmin gün saat 16:30 radələrində ticarət mərkəzində bir nəfər naməlum şəxsin içərisində 7700 dollar, 34581 AZN olmaqla ümumilikdə 47671 manat pul olan sellofan torbanı əlindən alaraq qaçdığını bildirib.

Daxil olan məlumat əsasında axtarışlara başlanılıb.

Hadisəni törədən şəxs həmin ərazidəki təhlükəsizlik kameralarına düşüb.

ONA hadisəni törədən şəxsin təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib.

Fotodakı şəxsi tanıyanlardan 0556172303, 0556567494 və 0557684123 nömrələrinə məlumat vermələri xahiş olunur.(ona)

“Sədərək” ticarət mərkəzində vətəndaşın içərisində 47 min pul olan torbasını alıb qaçıblar


İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179