Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nəsimi ili ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

"Nəsimi ili ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb".

Dərc edilib: 22 noyabr 2019 [16:00]
Baxış sayı: 3029

"Nəsimi ili ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb".

İnterpress.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir: "Harada hansı ağacların əkilməsi müəyyənləşib. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək. Bu da ölkəmizin gözəlləşməsinə xidmət edəcək".

Nazir müavini bildirib ki, xəritədə yer alan ərazilərdə nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək: "Ən çox bal verən nektar ağaclarının əkilməsinə üstünlük veriləcək və bir gündə 650 min ağac əkiləcək. Eyni zamanda Suraxanı rayonu, keçmiş Yod-brom zavodunun ətrafında çirklənmiş 100 ha sahə nazirlik tərəfindən təmizlənir və orada da ağac əkilməsi nəzərdə tutulub".

F.Əliyev vurğulayıb ki, həmin gün ən çox ağac Nəsiminin anadan olduğu Şamaxı rayonunda əkiləcək. “Bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də vacib məsələlərdəndir. İctimai nəzarət nə qədər güclü olsa, bir o qədər ağacların bitiş faizi yüksək olar. Ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcək. Artıq Sabirabadda, Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib. Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və nəzarət ağaclar əkildikdən sonra da davam edəcək”.




İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208