Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Hadı Rəcəbli: "Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir"

"Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir".

Dərc edilib: 14 oktyabr 2019 [11:49]
Baxış sayı: 1174

"Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir".

İnterpres.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiyada olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb: "Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. Ona görə də insanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq".






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201