Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Fuad Muradov: Ümumtürk diaspor hərəkatının formalaşdırılması ən qısa zamanda öz bəhrəsini verəcək

“Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş Dövlət Komitəsi, artıq ümumtürk diasporu şəbəkəsinin yaradılması istiqamətində addımlar atmaqdadır”.

Dərc edilib: 14 oktyabr 2019 [22:12]
Baxış sayı: 1586

“Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş Dövlət Komitəsi, artıq ümumtürk diasporu şəbəkəsinin yaradılması istiqamətində addımlar atmaqdadır”.

İnterpress.az xəbər verir ki, bunu Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

“Dünya azərbaycanlılarının şəbəkələşməsi, türk dünyası birliyinin möhkəmləndirilməsi üçün bütün mümkün olanları edirik və bu işlər ardıcıl şəkildə aparılır. Müasir dünyada ikili yanaşmaların hökm sürdüyü, türk düşmənlərinin böyük xülyalarla yaşadığı, məkrli planlar qurduğu bir zamanda, Qarabağ həqiqətlərinin, torpaqlarımızın işğal edilməsi ilə bağlı informasiyaların daha tutarlı və ucadan səsləndirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Ümid etmək olar ki, ümumtürk diaspor hərəkatının formalaşdırılması ən qısa zamanda bu istiqamətdə də öz bəhrəsini verəcəkdir”, – deyə komitə sədri qeyd edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201