Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Alimlər: Spirt insan əcdadını yox olmaqdan xilas edib

Britaniyanın Ekseter Universitetinin alimləri spirti mənimsəyə bilmə qabiliyyətinin insan əcdadlarını yox olmaqdan xilas etdiyi barədə qənaətə gəliblər. 

Dərc edilib: 6 dekabr 2019 [10:27]
Baxış sayı: 4193

Britaniyanın Ekseter Universitetinin alimləri spirti mənimsəyə bilmə qabiliyyətinin insan əcdadlarını yox olmaqdan xilas etdiyi barədə qənaətə gəliblər.

Lenta.ru-nun məlumatına görə, bu barədə Phys.org-da yayımlanan press-relizdə bildirilir.

Tədqiqatçıların fikrincə, təqribən 10 milyon il əvvəl müxtəlif növ primatlar qida və resurslar üçün bir-biri ilə rəqabətdə olublar. Bəzi qruplar həzm edilməsi mümkün olan yetişməmiş meyvələr yeyirdilər.

Bu, onlara digər meymunlar üzərində üstünlük qazandırırdı. Eyni zamanda, həddindən artıq yetişmiş meyvələr meymunların bədənində həzmə getmirdi və tərkibində etil spirtinin olması səbəbindən ağır zəhərlənməyə səbəb olurdu. Ancaq hansısa bir anda adaptasiya yarandı və insan əcdadlarına bu cür meyvələri yemək imkanı verən uyğunlaşma ortaya çıxdı.

Alimlərin fikrincə, şimpanze ilə insanlar arasında hədlərin ayrılması təxminən 5,5 milyon il əvvəl baş verib. Bu, müasir meymunların bəzi növlərinin də bədənlərində spirti mənimsəmə qabiliyyətlərinin səbəbini izah edir.

O da vurğulanır ki, qıcqırdılmış bitki toxumalarında spirt konsentrasiyası 1-4 faiz təşkil edir ki, bu da bir çox müasir spirtli içkilərdən daha aşağıdır.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 218