Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Zakir Qaralov: “Qarşılıqlı əməkdaşlığımız ədalət mühakiməsinin effektivliyinin artmasına xidmət edəcək”

Zakir Qaralov cari ilin iyun ayının 28-də Vəkillər Kollegiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandum haqqında danışıb.

Dərc edilib: 4 oktyabr 2019 [11:26]
Baxış sayı: 6966

“İstər ibtidai istintaq, istərsə də məhkəmələrdə dövlət ittihamının müdafiəsi zamanı sırf təmasda olan prokurorluq əməkdaşlarının və vəkillərimizin əsas məqsədi fiziki və hüquqi şəxslərin hüquqlarını, qanunla qorunan mənafelərini müdafiə etmək, onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsini təmin etmək, ədalət mühakiməsinin həyata keçirlməsi zamanı insan hüquqları və azadlıqları ilə bağlı beynəlxalq və konustutsion prinsiplərinin təbliğinə xidmət etməkdir”.

İnterpress.az-ın xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov deyib.

O bildirib ki, məhz həmin məqsədlərə nail olunması üçün cari ilin iyun ayının 28-də Vəkillər Kollegiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb: “Əminəm ki, qarşılıqlı əməkdaşlığımız bundan sonra da qanunun aliliyi və insan hüquqlarının təmin edilməsinə, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin effektivliyinin artmasına xidmət edəcək”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188