Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İcma rəhbəri: "Ermənistan Dağlıq Qarabağda forum keçirməklə işğala və etnik təmizləməyə bəraət qazandırmağa çalışır”

“Ermənistan “sülh naminə əməkdaşlıq” məsələlərinə hansı töhfələr verib? Yaxşı olardı ki, Ermənistan ədalətdən yox, özünün ədalətsizliyindən, “sülh naminə əməkdaşlıq”dan deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirələrə çıxarardı. Onda dünya Ermənistanın səmimiliyinə daha çox inanacaqdı.

Dərc edilib: 10 oktyabr 2019 [16:29]
Baxış sayı: 1135

“Ermənistan mediasının yaydığı məlumata görə, 11 oktyabr 2019-cu il tarixində Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forumun keçirilməsi planlaşdırılır. Məlumatda bildirilir ki, forumun əsas məruzəçiləri Azərbaycanın işğal altında olan ərazilərində yaradılan xunta rejiminin nümayəndələri olacaq və orada əsasən iki qondarma mövzu “artsax xalqının öz müqəddaratını təyin etmək hüququ” və “münaqişənin sülh yolu ilə tənzimlənməsi və artsaxın beynəlxalq əlaqələrinin artırılması imkanları” müzakirə olunacaq. Ədalət hissindən uzaq, özünün destruktiv mövqeyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə əngəl olan rəsmi İrəvanın “ədalət və sülh naminə əməkdaşlıq”dan danışmağa nə dərəcədə haqqı çatır?”.

İnterpress.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” rəhbəri Tural Gəncəliyev bildirib.

“Ermənistan “sülh naminə əməkdaşlıq” məsələlərinə hansı töhfələr verib? Yaxşı olardı ki, Ermənistan ədalətdən yox, özünün ədalətsizliyindən, “sülh naminə əməkdaşlıq”dan deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirələrə çıxarardı. Onda dünya Ermənistanın səmimiliyinə daha çox inanacaqdı.

Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bəyan edirəm ki, işğal altında olan ərazilərimizdə belə bir qondarma forumun keçirilməsi Ermənistanın və xunta rejiminin özünün işğalçılıq əməllərini legitimləşdirmək məqsədi güdür. Həmcinin “artsax əhalisinin öz müqəddaratını təyinetmə hüququ” gülünc doğurur. Bu forum Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlıları qətlə yetirərək, etnik təmizləmə aparan Ermənistanın “öz müqəddəratını təyin etmək prinsipi” adı altında növbəti oyunudur. Forum, ədalət və sülh naminə əməkdaşlığa deyil, işğala və etnik təmizləməyə bəraət qazandırılmasına xidmət edir”, icma rəhbəri vurğulayıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193